Qızılaydan suriyalılara dönüş layihəsi

Türkiyə suriyalı qaçqınların ölkələrinə dönüşü üçün yeni bir addım atır.

1044392
Qızılaydan suriyalılara dönüş layihəsi

Suriyanın Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı nəticısində terrorçulardan azad olunan bölgəsində yeni evlər inşa ediləcək.

Türk Qızılayı tərəfindən ilkin mərhələdə 6 min insanın yaşaya biləcəyi min ev tikiləcək.

İlkin mərhələnin evləri Cerablus-El Bab arasındakı Türkiyə sərhədinə 10 kilometr məsafədəki sahədə inşa ediləcək.

Türk Qızılayının rəhbəri Kərəm Kınık evlərin tikiləcəyi bölgədə oldu.

Memarlıq layihələri hazır olan evlərin bir il müddətinə bitməsi planlaşdırılır.

 

 



Әlaqәli Xәbәrlәr