Aralıq dənizində neft və təbii qaz axtarış fəaliyyətləri start götürəcək

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz Aralıq dənizində neft və təbii qaz axtarış fəaliyyətlərinə başlanacağını söylədi.

1044666

Nazir Dönməz Türkiyənin Qara dəniz bölgəsində yerləşən Zonguldak şəhərində keçirdiyi görüşləri çərçivəsində Yerli Seysmik Araşdırma gəmisi Oruç Rəisi gəzib.

Gəmi Qara dənizdə karbohidrogen, neft, qaz və kömür ehtiyatı axtarır.

Fəaliyyətləri tədqiq edən və səlahiyyətlilərdən məlumat alan nazir gəminin yerli imkanlarla tikildiyinə diqqət çəkib.

Aralıq dənizindəki qazma fəaliyyətləri barədə də məlumat verən Dönməz “İlk qazma işimiz 1-2 ay ərzində Aralıq dənizində start götürəcək” deyə qeyd edib.

Әlaqәli Xәbәrlәr