Suriya Koordinasiya yığıncağı keçirildi

Suriya Koordinasiya yığıncağı prezident müavini Fuad Oktay başçılığında keçirildi.

1043261
Suriya Koordinasiya yığıncağı keçirildi

Suriya Koordinasiya yığıncağı prezident müavini Fuad Oktay başçılığında keçirildi.

Yığıncaqda 15 nazir müavini, Prezidentlikdən, Fövqəladə Hallar İdarəsi, (AFAD) Milli Kəşfiyyat İdarəsi (MİT) və Dini İşlər üzrə İdarədən rəsmilər qatıldı.

Yığıncaqda nazirliklərin və əlaqəli qurumların “Fərat qalxanı” və “Zeytun budağı”  əməliyyatları ilə  terrordan azad edilən bölgələrdəki fəaliyyətlərdəki son vəziyyət müzakirə olundu.

Prezident müavini Fuad Oktaya aparılan fəaliyyətlərlə əlaqəli məlumat verilən yığıncaqda ortaya çıxan problemlərlə bağlı görülən və görülməsi vacib olan tədbirlər qiymətləndirildi. Həmçinin Avropa İttifaqı tərəfindən suriyalı mühacirlər üçün Türkiyəyə verilməsi gözlənilən ikinci 3 milyard avro həcmindəki paketin necə dəyərləndiriləcəyinə dair təkiflər müzakirə olundu.



Әlaqәli Xәbәrlәr