Ərdoğan: "Bir fəlakət baş versə, bu insanların ilk qaçacağı yer yenə də Türkiyə olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsinə əməliyyat barəsində: "İdlibdə çox amansız bir proses həyata keçirilir. Orada 3.5 milyon insan var. Bir fəlakət olsa, bu insanların ilk qaçacağı yer yenə də Türkiyə olacaq" dedi.

1043316
Ərdoğan: "Bir fəlakət baş versə, bu insanların ilk qaçacağı yer yenə də Türkiyə olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan səfərindən dönərkən təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırdı.

Ərdoğan İdlibdəki vəziyyətin Türkiyə üçün əhəmiyyət kəsb etdiyini qeyd edərək: "İdlibdə hazırda çox amansız bir proses həyata keçirilir. Bir fəlakət baş versə, bu insanların ilk qaçacağı yer Türkiyə olacaq. İndi bizim Rusiya ilə olan əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. ABŞ  topu Rusiyaya, Rusiya isə ABŞ-a ötürür.  Amma buralara raketlər yağdırılsa, çox ciddi bir qətliam baş verər. Elə bir vəziyyətdə oradan qaçanlar hara gedəcək? Böyük ehtimalla, yenə bizə gələcəklər. Bu, yeni bir çətinliyə səbəb ola bilər".

Cümə günü İranın paytaxtı Tehranda ev sahibi İran prezidenti Həsən Ruhani və Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşəcəyini xatırladan Türkiyə prezidenti: "Sentyabrın 7-də Tehran görüşü keçiriləcək. Ümidvaram ki, Tehran toplantısını müsbət nəticələndirərək Suriya rejiminin ifrat davranışlarının qarşısını ala bilərik. Bu görüşə çox əhəmiyyət veririk" deyə danışdı.

 

 



Әlaqәli Xәbәrlәr