Türkiyə və Yunanıstan əlaqələrində problemlər yaransa da dialoq ön plandadır

Türkiyə ilə Yunanıstan zaman-zaman fırtınalı günlər keçirsə də dialoqu həll yolu kimi görürlər.

1042982
Türkiyə və Yunanıstan əlaqələrində problemlər yaransa da dialoq ön plandadır

"Türkiyə ilə Yunanıstan zaman-zaman fırtınalı günlər keçirsə də dialoqu həll yolu kimi görürlər".

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəmizdə səfərdə olan Yunanıstanın Xarici İşlər naziri Nikos Kociasın səfəri zamanı təşkil edilən mətbuat konfransında deyib.

Türkiyə və Yunanıstanın coğrafiyanın və tarixin bir arada saxladığı iki böyük mədəniyyəti təmsil etdiyini bildirən Çavuşoğlu iki ölkədə də saysız mədəniyyət əsərləri, dillərdə ortaq 5 min sözün olduğunu deyib.

Nazir bütün bunların iki xalqı bir-birinə yaxınlaşdırdığını, zaman-zaman əlaqələrdə problemlər yarandığını, lakin əməkdaşlıq və dialoqun həll yolu kimi qəbul edildiyini bildirib.

15 iyul çevriliş cəhdində iştirak edib Yunanıstana qaçan Fətullahçı terror təşkilatı mənsublarının bu ölkədə himayə edildiyinə işarə edən Çavuşoğlu Yunanistanı hədəf alan çevrilişə cəhd göstərənlərin Türkiyədə sığınmasına icazə verilmədiyini söyləyib.

Yunanıstanın Xarici İşlər naziri Kocaias isə hərbi çevrilişə cəhdə qarşı Türkiyənin yanında olduğunu deyib.

 

.



Әlaqәli Xәbәrlәr