“S-400 sistemləri qısa müddətdə təhvil alacayıq”

Rusiyadan satın aldığımız S-400 raket sistemlərinin  təslimi  qısa  müddətdə  reallaşacaq. Bunu   Prezident Rəcəb Tayyib Ərdoğan deyyib.

1040831
“S-400 sistemləri qısa müddətdə təhvil alacayıq”

Prezident Rəcəb Tayyıb  Ərdoğan, Balıkəsirdə  hərbi   məktəbin  məzuniyyət   mərasimində etdiyi çıxışında: “Terrora qarşı mübarizədə bir çox ölkənin   dəstəyindən  məhrum  qalan  Türkiyə özünü qorumalıdır. S-400 raket sisteminə  zərurət də  bu  səbəbdəndir. Türkəyəyə  özünü  qoruması  üçün   ehtiyac duyduğu   hərbi  texnikaları   satmaqda  imtina  edənlər,  terror  təşkilatlarını   pulsuz  silahla  təchiz edirlər.  Ancaq  torpaqlarımızı  müdafiə  etmək,  Türk xalqının can və mal təhlükəsizliyini təmin etmək üçün alternativ axtarışlarımızı  müsbət qarşılamırlar. Belə təzyiqlərə   boyun  əyməyəcəyik.  Hal-hazırda  Türkiyədə S-400 raket sistemlərinə  zərurət var və  biz bu  silahları  satın  aldıq.  Qısa  müddətdə  də  təhvil  alacayıq. Türkiyə, Avropa və Amerikanın müttəfiqdir.  Bu   ortaqlıq  əlaqələrini və  əməkdaşlığı    digər  ölkələr ilə  də   davam  etdirməsi  təbii  haldır.  Türkiyə ilə əlaqədar ABŞ-da   qaldırılan məhkəmə   işlərinin  və   ittihamların  nümunəsi  başqa  bir  ölkədə  yoxdur”-deyi   prezident  Ərdoğan deyib.



Әlaqәli Xәbәrlәr