Rәcәb Tayyib Әrdoğan: ‘‘Bizi belə hәdәlәrlә geri addım atmağa məcbur etmək mümkün deyil’’

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Media Oskarları Mükafatlandırma mərasimi”ndə deyib:

1040000
Rәcәb Tayyib Әrdoğan: ‘‘Bizi belə hәdәlәrlә geri addım atmağa məcbur etmək mümkün deyil’’

“Bizi hәdәlәrlә  geri çəkilməyə məcbur etmək mümkün deyil. Elə bir tarixin varisləriyik ki, bu hədələrlə bizi usandıra bilməzlər”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Media Oskarları Mükafatlandırma mərasimi”ndə deyib:

“Türkiyənin alternativsiz olmadığını hamı görəcək. Biz bütün münasibətlərimizi təktərəfli qazanmaq üçün deyil, birlikdə qazanmaq üzərində quran dövlətik. Açıq deyirəm, bizi belə hәdәlәrlә  geri addım atmağa məcbur etmək mümkün deyil. Görünür, bu milləti tanımayıblar, ancaq tanıyacaqlar. Biz bir ölüb, min dirilərik. Xarakterimiz belədir. Vətəndaşlarımızla və milyonlarla dostlarımızla birlikdə parlaq gələcəyə addımlamağımızdan şübhəmiz yoxdur”. 

Türkiyәnin çox dәqiq hәdәflәrә malik olduğunu vurğulayan  Rәcәb Tayyib Әrdoğan 2023-cü il hәdәflәrimizә doğru әmin addımlarla irәlilәyirik deyib.



Әlaqәli Xәbәrlәr