Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə telefonla danışıb

Bugün baş tutan telefon danışığında ikitərəfli əlaqələr, aktual və regional mövzular barədə fikir mübadiləsi aparılıb.

1038357
Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə telefonla danışıb.

Prezident Aparatından əldə edilən məlumata əsasən, bugün baş tutan telefon danışığında ikitərəfli əlaqələr, aktual və regional mövzular barədə fikir mübadiləsi aparılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Tereza Mey ikitərəfli iqtisadi və ticarət əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının daha da genişləndirilməsinin daşıdığı əhəmiyyətə diqqət çəkiblər.

Görüşdə Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayraq ilə ingilis həmkarının yaxın zamanda bir araya gəlmələri qərara alınıb, ayrıca İdlib başda olmaqla Suriyadakı son vəziyyətə də toxunulub.



Әlaqәli Xәbәrlәr