"Malazgird ruhunu unutsaq, nə əvvəlimiz qalar, nə sonramız", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vertolyotdan enər-enməz Malazgirt Zəfərinin 947-ci ildönümü tədbirlərində iştirak etmək üçün Bitlisin Ahlat rayonuna üz tutdu.

1037890
"Malazgird ruhunu unutsaq, nə əvvəlimiz qalar, nə sonramız", R.T.Ərdoğan
Erdogan_Malazgirt Zafer_Ahlat_01.Jpeg
Erdogan_Malazgirt Zafer_Ahlat_23.Jpeg

    Bu il ilk dəfə olaraq Bitlisin Ahlat və Muşun Malazgirt qəsəbələrində bərabər zamanlı başlanan Malazgirt Zəfərinin 947-ci ildönümü tədbirləri bütün vüsətilə davam edir.

  Ərdoğan Ahlat proqramı çərçivəsində ilk olaraq dünyanın ən böyük Türk-İslam Qəbiristanlığı olan tarixi Səlcuqlu Məzarlığını ziyarət etdi, məzarlara bir-bir dəydi, şəhidlər üçün dua oxudu.

  Səlcuqlu Məzarlığını ziyarətdən sonra Ərdoğan onu gözləyən camaata doğru gəldi və Bitlis Ahlat xalqına xitab etdi. R.T.Ərdoğan çıxışında bunları söylədi:

  "Ahlatın insanları, sevimli bacı-qardaşlarım, bu gün bizim üçün çox mənalı bir gündür. Bu gün Malazgird Qələbəsinin 947-ci ili kimi əlamətdar hadisəni qeyd edirik. Malazgirdə Ahlatdan getdi Sultan Alparslan. Çadırını burada qurdu, buradan yürüdü. İndi biz bura gəldik, 200-dən çox qəhrəman və adları kitablara düşən-düşməyən şəhidlərimizi yad etdik, fatihə oxuduq, eyni zamanda, görülən işlərlə maraqlandıq.

  Ahlatdan sürətlə Malazgirdə keçəcəyik. Orada on minlərlə insanı çox gözlətmək istəmirəm. Mənim sizdən xüsusi bir xahişim var: hər şeydən əvvəl bir olaq, iri olaq, diri olaq, qardaş olaq, birlikdə bütöv Türkiyə olaq. Bunu da heç zaman unutmayaq: tək millət, tək dövlət, tək vətən, tək dövlət. Biz bir olduqca, iri olduqca, diri olduqca, Allahın iznilə, daha fərqli şəkildə, inşallah, 2023-ə, 2053-ə və 2071-ə gedəcəyik. Buna hazırıqmı? O fəthləri biz deyil, siz görəcəksiniz. Bu balalarımız görəcək, inşallah. Onlar üçün bir başqa Türkiyə inşa edəcəyik. Ona görə, amandır, çəkinin, əsla bir-birinizə kin bəsləməyin. Hökm çox açıq-aydın ortadadır. Hamınız Allahın ətəyinə sarılın, ayrı düşməyin. Bir-birimizi Allah rizası üçün çox sevək.

  Bir tərəfdən Malazgirq Məkkə, Qüds deməkdir, bir tərəfdən də Bursa, Ədirnə, İstanbul, Rumeli və bütün Balkanlar. Malazgird ruhunu unutsaq, nə əvvəlimiz qalar, nə sonramız. Biz Malazgirddə necə bir millət olduğumuzu cümlə-aləmə elan etdik.

  Anadolu bir bənddir. Bu bənd dağılarsa, nə Yaxın Şərq qalar, nə Afrika, nə Orta Asiya, nə Balkanlar, nə də Qafqaz".

  Rəcəb Tayyib Ərdoğan rəsmi heyyətilə birlikdə Ahlatdan Muşun Malazgirt qəsəbəsinə keçərək orada da xalqa xitab edib.



Әlaqәli Xәbәrlәr