Türkiyə İsraili qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir...

1037041
Türkiyə İsraili qınadı

  Türkiyə İsrailin qeyri-qanuni mövqelərində əlavə yeni yaşayış məntəqələri inşa edilməsinə qarşı qərarı qınayıb.  

  Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “İsrailin işğal altında saxladığı İordan çayının Qərb sahillərində 2 mindən çox yeni mənzil inşasına başlamasını qətiyyətlə pisləyirik. Beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı qətnamələrinin qulaqardına vurularaq atılan bu addımlar sülh prosesinin bərpasını mümkünsüz edir, zərər verir. Fələstin xalqının imtinaedilməz hüquqlarını pozan bu tətbiqlərə qarşı çıxılması hüquqi və vicdani bir öhdəlikdir. Beynəlxalq cəmiyyəti bu öhdəliyin tələbini yerinə yetirməyə çağırırıq".

  Qeyd edək ki, İsrail 1967-ci ildən bu yana işğal altında saxladığı İordan çayının qərb sahillərində 131, Şərqi Qüdsdə 10, İordan çayının təpələrindəki regionlarda isə 116 yaşayış məntəqəsi qurub. Bu yerlərdə ümumilikdə 720 min gəlmə yəhudi yerləşdirilib. İsrail bu sayı bir milyona çıxarmağı düşünür. Beynəlxalq hüquqa görə, işğal olunmuş Fələstin ərazilərindəki bütün yəhudi yaşayış məntəqələri qeyri-qanunidir.



Әlaqәli Xәbәrlәr