Hulusi Akar və Hakan Fidanın Rusiya görüşləri

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri və MİT-in sədri ötən həftə də paytaxt Moskvaya gedərək görüşlər keçirmişdilər.

1037128
Hulusi Akar və Hakan Fidanın Rusiya görüşləri

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəisi Hakan Fidan Rusiyaya getdi.

  Hulusi Akar və Hakan Fidan Rusiya Müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərlə bir araya gəldi. Görüşdə regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.

  Nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin tərəfindən də qəbul ediləcək.

  Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri və MİT-in sədri ötən həftə də paytaxt Moskvaya gedərək görüşlər keçirmişdilər.



Әlaqәli Xәbәrlәr