S-400 raket müdafiə sistemləri Rusiyadan Türkiyəyə nə vaxt çatdırılacaq?

Məlumat Rusiya dövlət müdafiə şirkəti “Rosoboronexport”dan verilib.

1036059
S-400 raket müdafiə sistemləri Rusiyadan Türkiyəyə nə vaxt çatdırılacaq?

  S-400 raket müdafiə sistemləri Rusiyadan Türkiyəyə 2019-cu ildə çatdırılacaq.

  Məlumat Rusiya dövlət müdafiə şirkəti “Rosoboronexport”dan verilib.

  Rusiyanın “İnterfaks” Agentliyinin yayımladığı xəbərə görə, ölkənin müdafiə şirkəti “Rosoboronexport” Türkiyəyə S-400-ləri 2019-cu ildə göndərəcək. Həmçinin, şirkət xaricdəki ticarət tərəfdaşlarıyla milli valyuta ilə alqı-satqı etməyi planlaşdırır.

  Xatırladaq ki, Türkiyənin Rusiyadan iki S-400 sistemini satın alması nəzərdə tutulur və onun 2019-cu ilin birinci yarısında təslim edilməsi planlaşdırılır. Müqavilənin ümumi dəyəri 2,5 milyard dollardır. Bu raket müdafiə sistemi təhvil verildikdən sonra Türkiyə S-400-dən istifadə edən ilk NATO üzvü sayılacaq. Sistem kruiz və ballistik raketləri, eləcə də hər hansı pilotsuz və pilotlu hava vasitələrini məhv etmək qabiliyyətinə malikdir. Maksimum məsafə 400, hündürlüksə 30 kilometrdir. S 400 raket müdafiə sistemi, eyni zamanda, 80 hədəfi vurma və 3500 kilometr məsafədə atılan orta ballistik raketləri məhv edə bilir.



Әlaqәli Xәbәrlәr