Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1380 səslə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi.

1034969
Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi

Ədalət və İnkişaf Partiyasının Ankara İdman Salonunda keçirilən 6-cı Ənənəvi Böyük Qurultayında partiya sədri seçkisi sona çatdı. 

Qurultayını Divan sədri  Mehmet Əli Şahin seçkinin nəticələrini elan edərək, qeydiyyatda olan 1457 nümayəndədən 1381-nin səs verdiyini, 1380 səsin etibarlı, 1 səsin etibarsız sayıldığını qeyd etdi.
 
 Şahin  etibarlı sayılan 1380 səsin hamısının  prezident Ərdoğanın lehinə verildiyini və beləliklə, Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının sədri seçildiyini bildirdi.
 
Partiyanın Mərkəz Qərar və İdarə Heyəti də eyni səsvermədə müəyyən olundu.



Әlaqәli Xәbәrlәr