Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin üzvləri məlum oldu

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın yeni Mərkəzi İdarə Heyətinin üzvlərini müəyyənləşdirdi.

1035077

Ömər Çelik Ədalət və İnkişaf Partiyasının sözçüsü, Numan Kurtulmuş partiya sədrinin vəkili oldular.
 
 Çelik  Ədalət və İnkişaf Partiyasının Mərkəzində keçirilən Mərkəzi Qərar və İdarəetmə Heyətinin toplantısı davam edərkən  AK Partiya Mərkəzi İdarə Heyəti üzvlərinin adlarını açıqladı.
 
 Çelikin verdiyi məlumata görə, əvvəlki tərkibdən olan 21 nəfər Mərkəzi İdarə Heyətinin  yeni tərkibində də yer alıb, 29  nəfər isə hazırkı tərkibin yeni üzvləri olublar.
 
 Digər tərəfdən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçeli telefon vasitəsilə prezident Ərdoğanı  yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilməsi münasibətilə təbrik etdi.

Әlaqәli Xәbәrlәr