“ABŞ gerçək dostun kim olduğunu görə bilmir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səfirlər Konfransının bağlanış iclasında jurnalistlərin suallarını cavablandırıb.

1033957
“ABŞ gerçək dostun kim olduğunu görə bilmir”, M.Çavuşoğlu

ABŞ gerçək dostun kim olduğunu görə bilmir və anlayışını dəyişsə problemləri həll edə bilər.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səfirlər Konfransının bağlanış iclasında jurnalistlərin suallarına cavabən deyib.

Çavuşoğlu jurnalistlərdən birinin “ABŞ prezidenti Trampın “Türkiyə yaxşı bir dost olmadığını sübuta yetirdi” tərzindəki açıqlamalarını necə qiymətləndirirsiniz?” sualına cavabən deyib ki, ABŞ gerçək dostun kim olduğunu görə bilmir. Türkiyənin bu ölkəyə qarşı hər hansı səhv addımı olmayıb. Kim olarsa olsun hər hansı ittihamla qarşı-qarşıya olduğu zaman məhkəmə prosesi işləyəcəktir. Türkiyə ABŞ-a hücum edən şəxsləri dəstəkləmir və terror təşkilatına silah vermir. Terror təşkilatına minlərlə TIR silah verməkmi dostluğa ziddir, qanuni bir prosesin Türkiyədə işləməsimi? Bu ölkəyə dəfələrlə embarqo və təzyiqin Türkiyəyə hər hansı addım atdırmayacağını bildirdik. Dostluq və hüquq çərçivəsində problemlər həll edilə bilər. Belə olacağı təqdirdə gərginliyə də ehtiyac olmaz.

Çavuşoğlu ABŞ-ın hazırkı siyasətinin necə olacağının qeyri-müəyyən olduğunu, bu siyasətləri Avropanın da dəstəkləmədiyini dilə gətirdi.

“Biz heç bir ölkə ilə problem yaşamaq istəmərik. ABŞ ilə problemlər bizi xoşbəxt etməz, bu problemləri çox asan şəkildə həll edə bilərik, amma ABŞ-ın ortaya qoyduğu bu yanaşma ilə problemlərin həlli mümkün deyil” deyə Xarici İşlər naziri Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr