Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün də əhəmiyyətlidir

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefonla danışdı.

1033099
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün də əhəmiyyətlidir

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefonla danışdı.

Telefon danışığında Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün də əhəmiyyətli olduğu vurğulanıb.

Prezident Ərdoğan və Merkelin görüşündə Xəzinə və Maliyyə naziri Berat Albayrak ilə Almaniyanın Maliyyə və İqtisadiyyat nazirlərinin toplantı keçirməsi barədə də razılıq əldə olunub.

Görüşdə aktual mövzular müzakirə olunaraq, iki liderin sentyabrın axırında Almaniyanın paytaxtı Berlində keçirəcəkləri yığıncağa toxunulub.

Ərdoğan və Merkel əməkdaşlığın qarşılıqlı yüksək səviyyəli səfərlər və keçiriləcək görüşlərlə daha da gücləndirilməsi barədə qətiyyətli mövqelərini təsdiq ediblər.



Әlaqәli Xәbәrlәr