“Sudan Türkiyə üçün strateji ölkədir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirak etdiyi sayca 10-cu olan Səfirlər Konfransında etdiyi çıxışda deyib.

1033015
“Sudan Türkiyə üçün strateji ölkədir”, M.Çavuşoğlu

Sudan Türkiyə üçün strateji bir ölkədir.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirak etdiyi sayca 10-cu olan Səfirlər Konfransında etdiyi çıxışda deyib.

Çavuşoğlu çıxışında deyib ki, Afrika Birliyinin strateji tərəfdaşlarından biriyik. Afrika qitəsində Sudan bizim üçün çox əhəmiyyətli partnoydur. Türkiyə üçün və qitə üçün də strateji bir ölkədir. Sudan hər fürsətdə Türkiyə ilə həmrəyliyini göstərir. Xüsusilə Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizəmizdə Sudan bunu ortaya qoydu. Cənab prezident Əl-Bəşir iki dəfə ölkəmizə gəldi və keçirdiyimiz zirvə toplantılarında iştirak etdi.

Çavuşoğlu Türk Hava Yollarının (THY) qısa müddət sonra Sudana uçuşlarını başladacağını da sözlərinə əlavə edib.

Sudanın Xarici İşlər naziri Al-Dirdiri Məhəmməd Əhməd isə Sudan və Türkiyənin əlaqələrinin xüsusi dövrdən keçdiyinə işarə edərək deyib ki, Sudan-Türkiyə əlaqələri baxımından çox gözəl bir dövrdə bu vəzifədə olduğuma görə çox xoşbəxtəm. Türkiyə ilə Afrika arasındakı qədim tarixi ələqalərin yenidən canlandırılması üçün müxtəlif imkanlarımız var.



Әlaqәli Xәbәrlәr