Türkiyə prezidentinin Almaniyaya səfərinin tarixi məlum oldu

Almaniya Prezident İdarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcəyini açıqladı.

1027781
Türkiyə prezidentinin Almaniyaya səfərinin tarixi məlum oldu

 Almaniya Prezident İdarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcəyini açıqladı.

Xəbəri Almaniyanın DPA İnformasiya  Agentliyi yaydı.
 
 Xəbərdə Almaniya prezidenti Frank-Uolter Steinmeierin Türkiyə prezidentini hərbi mərasimlə qarşılayacağı, Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində Almaniya kansleri Angela Merkel ilə də görüşəcəyi bildirilir.
 
 Prezident Ərdoğanın Almaniya səfərinin proqramının detallarına dair isə hazırda iki tərəf arasında  danışıqlar aparıldığı qeyd edilir.
 
 Steinmeier daha əvvəl də Ərdoğanı Almaniyaya dəvət etmiş, lakin səfərin tarixi məlum olmamışdı.



Әlaqәli Xәbәrlәr