Türkiyədə Müdafiə Sənayesi İcra Komitəsinin toplantısı keçirildi

Türkiyədə  prezident sisteminə keçiddən sonra həyata keçirilən ilk Müdafiə Sənayesi İcra Komitəsinin iclasında  13.5 milyard lirə məbləğində olan layihələr dəyərləndirildi.

1027788
Türkiyədə Müdafiə Sənayesi İcra Komitəsinin toplantısı keçirildi

 Türkiyədə yeni prezidentlik sisteminin ilk Müdafiə Sənayesi İcra Komitəsinin toplantısı keçirildi.

3 saat 15 dəqiqə davam edən iclasdan sonra yazılı açıqlama verildi.

 13.5 milyard lirə qiyməti olan layihələrin dəyərləndirildiyi toplantıda müdafiə sənayesi və texnologiyalarını inkişaf etdirmək, gücləndirmək məsələləri, müdafiə və ixrac məqsədli müxtəlif investisiya və optimallaşdırma fəaliyyətləri müzakirə olundu.
 
 Bu çərçivədə ATAK helikopterinə yeni funksiyaların əlavə olunması, yeni PUA sistemləri, quru, hava və dəniz vasitələri,  radar və komanda kontrol sistemlərinin modernləşdirilməsinə ilə təhlükəsizlik orqanlarının müxtəlif tələbatlarının ödənilməsinə yönəldilmiş layihələr dəyərləndirildi.



Әlaqәli Xәbәrlәr