Terrorçuların hücumu nәticәsindә 9 polis әmәkdaşı yaralanıb
Bu barәdә tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib.
Türkiyәnin Hakkari şәhәrinin Yüksekova qәsәbәsindә terror tәşkilatı PKK-nın tәşkil etdiyi hücum nәticәsindә 9 polis әmәkdaşı yaralanıb.
Bu barәdә tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib.
Mәlumata görә, hadisә Çobanpınar Meskan Tepe bölgәsindә qeydә alınıb. Hadisә nәticәsindә biri ağır olmaqla 9 polis әmәkdaşı yaralanıb.
Xәsarәt alan polis әmәkdaşları Yüksekova Dövlәt xәstәxanasına çatdırılıb.
Vәziyyәti ağır olan polis әmәkdaşını edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq xilas etmәk mümkün olmayıb.
Bölgәdә terrorçuların saxlanılması istiqamәtindә әmәliyyatlar davam etdirilir.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...