"Türkiyə təhdid ifadələrinə əhəmiyyət vermir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhdid ifadələrinə əhəmiyyət vermədiyini söylədi.

1023982
"Türkiyə təhdid ifadələrinə əhəmiyyət vermir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhdid ifadələrinə əhəmiyyət vermədiyini söylədi.

Dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğan paytaxt Ankarada jurnalistlərə ABŞ  ilə yaşanan ev həbsində olan amerikalı rahib  Endryu Bransonla əlaqəli gərginliyə dair açıqlama verdi.

ABŞ-ın sanksiya təhdidinə istənilən hər cavabın srağa gün Milli Təhlükəsizlik Şurasının bəyannaməsində verildiyini ifadə edən Ərdoğan deyib: “Bizə belə təhdid ifadələrilə yanaşmaq heç kəsə heç nə qazandırmaz. Biz indiyədək ABŞ ilə NATO-da ən gözəl həmrəyliyi ortaya qoyduq. Hələ də NATO-da yüksək səviyyədə həmrəyliyi göstərən Türkiyəyə belə bir təhdid dilindən istifadə etmək yaraşmaz. Təhdid ifadələrinə isə əhəmiyyət vermərik”.

Dini azlıqlar məsələsinə də toxunan Ərdoğan Türkiyənin dini azlıqlara qarşı ən kiçik bir problemi olmadığını bildirərək, azadlıqlardan, müstəqillikdən və məhkəmələrin müstəqilliyindən güzəştə getmədən yola davam ediləcəyini deyib.

Prezident Ərdoğan  Hakkaridə əsgər xanımı və 11 aylıq uşağın vəfatı ilə nəticələnən terror təşkilatı PKK-nın hücumuna toxunaraq bildirib ki, 26 yaşındakı bir ananın, 11 aylıq bir çağanın PKK quldurları tərəfindən şəhid edilməsindən daha ciddi nə ola bilər? Terrorun təsvirini istəyirlərsə bu bir təsvirdir, hər şey çox açıq və dəqiqdir. Onlarla birlikdə onları (terror təşkilatının siyasi tərəfdarı Xalqların Demokratik Partiyası) parlamentə göndərmə cəhdi göstərənlərə də ən gözəl cavabdır.



Әlaqәli Xәbәrlәr