Türkiyənin Kanadaya silahla əlaqəli xəbərdarlığı

Türkiyə PKK terror təşkilatına qarşı son vaxtlarda həyata keçirdiyi əməliyyatlarda ələ keçirdiyi silahlar arasında Kanada istehsalı avtomat silahlar olduğuna görə bu ölkəyə xəbərdarlıq etdi.

1018768
Türkiyənin Kanadaya silahla əlaqəli xəbərdarlığı

Türkiyə PKK terror təşkilatına qarşı son vaxtlarda həyata keçirdiyi əməliyyatlarda ələ keçirdiyi silahlar arasında Kanada istehsalı avtomat silahlar olduğuna görə bu ölkəyə xəbərdarlıq etdi.

Kanadanın milli media qruplarından “Postmedia”ya aid “national Post”, “Montreal Gazette” və “Ottawa Citizen” qəzetlərində David Puyliesenin qələmə aldığı “Kanada istehsalı piyada odlu silahlar terrorçuların əlinə keçdi” başlıqlı xəbərdə PKK-lı terrorçuların əlində Kanada mənşəli “NEA-15” tipli silahlar olduğu bildirilib.

Xəbərdə qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri aprel ayında Mardin şəhərində həyata keçirdiyi əməliyyatlardan birində PKK-nın istifadə etdiyi mağarada Kanada istehsalı xüsusi qüvvələr silahı ələ keçirildi və silahların hadisə yerində çəkilən şəkilləri Kanada rəsmilərinə çatdırıldı. Ələ keçirilən silahları Ontario əyalətindəki North Eastern Arms-NEA adlı şirkət istehsal edir və şirkətin səlahiyyətlisi silah satışının Kanada Federal hökumətinin icazəsilə reallaşdığını ifadə etdi. Xarici İşlər Nazirliyi adından müşavir Con Babkok açıqlama verərək, nazirliyin mövzu ilə əlaqəli tədqiqata başladığını, 2016-cı ildə İraqa satılan silahlarla əlaqəli bu ölkə rəsmilərilə əlaqə saxlayaraq narahatlıqlarını dilə gətirdiyini və ixrac edilən silahların son istifadəsi barədə əlavə zəmanət alındığını bildirdi.

Türkiyənin Ottawa səfiri Səlçuk Ünal “Hökumətimiz xüsusilə Suriya və İraqdakı terror təşkilatları daxil müxtəlif ünsürlərə silah verilməsinin əleyhinə olduğunu davamlı olaraq dilə gətirir. Bu çərçivədə İraqda müxtəlif qruplara verilən silahların DEAŞ və PKK/PYD kimi terror təşkilatlarının əlinə kəçə biləcəyi barədəki narahatlığımızı çatdırırıq. Kanada daxil digər müttəfiqlər bu barədə xəbərdar edilir. Bununla əlaqəli olaraq da təşübbüslərimiz oldu” deyib.

Qeyd edək ki, Kanada daha əvvəl qatıldığı DEAŞ ilə mübarizə koalisiyasından 2015-ci ilin oktyabr ayında döyüş təyyarələrini çıxardı, ancaq Kanada Xüsusi Hərbi Qüvvələrinə məxsus ünsürlərin sayını artıraraq, peşmergələrə və İraq Kürd Regional İdarəyə bağlı xüsusi qüvvə mənsublarına təlim keçməyə başladı.



Әlaqәli Xәbәrlәr