Prezident Ərdoğan Yunanıstanın baş naziri Çiprasa başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Çiprasa başsağlığı verdi.

1018612
Prezident Ərdoğan Yunanıstanın baş naziri Çiprasa başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Çiprasa başsağlığı verdi.

Dövlət aparatının məlumatına əsasən, Ərdoğan telefonla danışdığı Çiprasa Afina yaxınlığında tüğyan edən yanğın faciəsində həyatını itərənlərə görə dərin kədər duyduğunu bildirdi.

Yunan xalqına başsağlığı, yaralılara təcili şəfa diləyən Ərdoğan Yunanıstanın kədərini bölüşdüyünü ifadə etdi.

Dövlət başçısı Türkiyə olaraq Yunanıstana yardıma hazır olduqlarını da dilə gətirdi.



Әlaqәli Xәbәrlәr