Ərdoğan, Putin və Ruhani yenidən görüşəcəklər, lakin tarix məlum deyil

Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiyanın dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında mümkün görüşün gündəmdə olduğunu, lakin görüş tarixinin dəqiqləşdirilmədiyini bildirdi.

1015770
Ərdoğan, Putin və Ruhani yenidən görüşəcəklər, lakin tarix məlum deyil

 Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiya mətbuatına müsahibə verərkən Rusiyanın dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında sentyabr ayında yeni üçtərəfli görüşün keçirilməsi ehtimalına dair suala cavab verdi.
 
 Uşakov: "Görüş tarixi dəqiqləşdirilməyib, lakin məsələ hələ də gündəmdədir. Liderlər belə bir ehtimaldan danışdılar və hamısı buna müsbət yanaşır" dedi.
 
 Astana danışıqlarının zəmanətçi ölkələri olan Rusiya, Türkiyə və İranın  liderləri Ankarada görüşərək Suriya məsələsini müzakirə etmişdilər.
 
 Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya, Türkiyə və İran liderlərinin növbəti görüşünün avqustun sonunda, yaxud sentyabr ayında keçirilə biləcəyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr