TSQ vә ABŞ-ın hәrbi bölmәlәri Münbiçdә 15-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

1014257
TSQ vә ABŞ-ın hәrbi bölmәlәri Münbiçdә 15-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi bölmələri Suriyanın Münbiç bölgəsində 15-ci müstәqil nәzarәt fәaliyyәtlәrini başa çatdırıb.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Müstәqil nәzarәt fәaliyyәtlәrinin ilki iyunun 18-dә hәyata keçirilmisdi.

Mәlumatda  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının keçirildiyi bölgә ilә  Münbiç arasında qalan xәtdә  Türkiyә Silahlı Qüvvәlәri ilә ABŞ hәrbi bölmәlәrinin 15-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başladığı bildirilib.

Qeyd edәk ki, Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  vә ABŞ dövlәt katibi Mayk Pompeo (Mike Pompeo)  iyunun 4-dә keçirdiklәri görüşdә Münbiçlә bağlı yol xәritәsini tәsdiqlәmişdilәr.



Әlaqәli Xәbәrlәr