Rәcәb Tayyib Әrdoğan: ''Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm''

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən mitinqdə  deyib.

1012996
Rәcәb Tayyib Әrdoğan: ''Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm''

''Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm''.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən mitinqdə  deyib.

Rәcәb Tayyib Әrdoğan  qeyd edib ki, bu gün ölkənin 81 şәhәrindә  qeyd olunur.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan:  "Bu qələbə bütün Türkiyə millətinin qələbəsidir’’,-deyә vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də törədilən uğursuz  dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi fədakarlıqdan danışıb. Ərdoğan bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) bütün üzvləri qanun qarşısında cavab verəcəklər.

Dövlәt başçısı həmçinin Türkiyənin terrorla  mübarizədə uğurlarını xatırladaraq:  "Türkiyə "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında 4600 terrorçunu məhv edib" deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr