"Onların mövqelərinə məhəl qoymuram”, R.T.Ərdoğan

Prezident Ərdoğan Baş Qərargah Rəhbərliyinin Milli Müdafiə Nazirliyinə bağlanacağını dedi.

1010621
"Onların mövqelərinə məhəl qoymuram”, R.T.Ərdoğan

  Azərbaycan və Şimali Kıbrız (Kipr) Türk Cümhuriyyətinə səfərindən qayıdarkən təyyarədə jurnalıistlərin suallarını cavablandıran R.T.Ərdoğanın faiz və valyuta məzənnələri ilə bağlı da mesajları oldu.

  Baş Qərargah Rəhbərliyinin Milli Müdafiə Nazirliyinə bağlanıb-bağlanmayacağı ilə bağlı suala Ərdoğan belə cavab verib: "Artıq bağlana bilər. Heç bir mane yoxdur. İki başlılığın olması doğru deyil. Bunu artıq yoluna qoymağımız lazımdır. İstər Hulusi Akar, istər Yaşar Güler, istərsə də Ümid Dündar paşaların bir-biriləri ilə könül bağları olmalıdır, Milli Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasındakı münasibətlər daha da yaxınlaşmalıdır… Ümumiyyətlə, yeni idarəetmə sistemində birdən çox prezident müavini olacaq.

  Xarici mətbuatda çıxan mənfi iradlarla bağlı isə Ərdoğan: "Onların mövqelərinə məhəl qoymuram”, - dedi.



Әlaqәli Xәbәrlәr