Türkiyənin yeni hökumət sistemi: nazirlik və komitələr

Türkiyə yeni sistemində baş nazirin məqamı aradan qalxır. Nazirlər Kabinetinin da quruluşu dəyişir. Baş nazir müavini də olmayacaq...

1009069
Türkiyənin yeni hökumət sistemi: nazirlik və komitələr

  Türkiyə yeni sistemində baş nazirin məqamı aradan qalxır. Nazirlər Kabinetinin da quruluşu dəyişir. Baş nazir müavini də olmayacaq.

  Prezident hökumət sisteminə keçid üçün lazım olan 703 saylı KHK “Resmi Gazete”də dərc olunub.

  Nazirlik sayı azalıb. Bəzi nazirlik və qurumların təşkilat və vəzifələri haqqındakı qanunlar qüvvədən qaldırılıb. Nazirlik sayı azalıb: 26-dan 16-ya endirilib.

  Birləşdirilən və adı dəyişənlər:

·        Əmək, Sosial Xidmətlər və Ailə Nazirliyi (Çalışma, Sosyal Hizmetler ve Aile Bakanlığı),

·        Sənaye və Texnologiya Nazirliyi (Sanayi ve Teknoloji Bakanlığı),

·        Ticarət Nazirliyi (Ticaret Bakanlığı),

·        Maliyyə və Xəzinə Nazirliyi (Maliye ve Hazine Bakanlığı),

·        Kənd Təsərrüfatı və Meşə Nazirliyi (Tarım ve Orman Bakanlığı),

·        Nəqliyyat və İnfrastruktur Nazirliyi (Ulaştırma ve Altyapı Bakanlığı).

 Adı eynilə qalan nazirliklər:

Ədliyyə Nazirliyi (Adalet Bakanlığı),

Daxili İşlər Nazirliyi (İçişleri Bakanlığı),

Xarici İşlər Nazirliyi (Dışişleri Bakanlığı),

Milli Təhsil Nazirliyi (Milli Eğitim Bakanlığı),

Milli Müdafiə Nazirliyi (Milli Savunma Bakanlığı),

Mədəniyyət və Turizm Nazirliyi (Kültür ve Turizm Bakanlığı),

Səhiyyə Nazirliyi (Sağlık Bakanlığı),

Ətraf Mühit və Şəhərsalma Nazirliyi (Çevre ve Şehircilik Bakanlığı),

Gənclər və İdman Nazirliyi (Gençlik ve Spor Bakanlığı),

Enerji və Təbii Sərvətlər Nazirliyi (Enerji ve Tabii Kaynaklar Bakanlığı).

  Ailə və Sosial Siyasət Nazirliyi ilə Əmək və Sosial Təhlükəsizlik Nazirliyi Əmək Sosial Xidmətlər və Ailə Nazirliyi adı altında birləşdirildi.

  İqtisadiyyat sahəsində 6 olan müvafiq nazirlik sayı 3-ə endirildi.

  Maliyyə Nazirliyinin yeni adı Xəzinə və Maliyyə Nazirliyi oldu.

  Avropa İttifaqı üzrə Nazirlik Xarici İşlər Nazirliyinə birləşdirildi.

  Gömrük və Ticarət Nazirliyi ilə İqtisadiyyat Nazirliyi Ticarət Nazirliyi adı altında birləşdi.

  Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə və Su İşləri Nazirliyi Kənd Təsərrüfatı və Meşə Nazirliyi oldu.

  Baş Qərargah rəisinin vəzifə və səlahiyyətinə aid qanun aradan qaldırıldı.

  Milli Kəşfiyyat Təşkilatı Müşavirliyi (Müsteşarlığı) ifadəsi MİF, müşavir (müsteşar) sözü isə rəis olaraq dəyişdirildi.

  Mətbuat və İnformasiya Baş İdarəsi Prezident Rabitə Rəhbərliyinə təhvil verildi.

  Milli Təhlükəsizlik Komissiyası və Milli Təhlükəsizlik Baş Katibliyi qanunu qüvvədən qaldırıldı.

  Ali Hərbi Şuranın təşkilat və vəzifələri haqqındakı qanun aradan götürüldü.

  Dövlət Qaydaları və Təhlükəsizliyi Müşavirliyi aid hər hüquq və öhdəlik Daxili İşlər Nazirliyinə təhvil verildi.

  Türkiyə Silahlı Qüvvələri Personal Qanununda edilən dəyişikliyə görə, zabitlərin gözləmə müddətləri prezident qərarı ilə uzadılıb, ya qısaldılacaq.

  Kütləvi Bina Tikintisi İdarəsi (Toplu Konut İdaresi Başkanlığı) Ətraf Mühit və Şəhərsalma Nazirliyinə bağlandı.

  Yeni sistemdə prezident aparatına bağlı komissiyalar siyasət istehsalı vasitələri olacaq. 9 yeni assambleya yaradılacaq. Bu komissiyalar hər sahədə strateji və uzunmüddətli perspektivləri müəyyən edəcək, nazirliklərə yol göstərəcək. O komissiyalar bunlardır:

1.   Yerli İdarəetmə Siyasətləri Heyəti,

2.   Sosial Siyasət Komitəsi,

3.   Səhiyyə və Ərzaq Siyasətləri Kabineti,

4.   Mədəniyyət və İncəsənət Siyasəti Komitəsi,

5.   Hüquq Siyasəti Komitəsi,

6.   Təhlükəsizlik və Xarici Siyasət Komissiyası,

7.   İqtisadiyyat Siyasətləri Kabineti,

8.   Təhsil və Təhsil Siyasətləri Kabineti,

9.   Elm Texnologiya və İnnovasiya Siyasətləri Kabineti.



Әlaqәli Xәbәrlәr