Ali Seçki Komissiyasının prezident seçkisilə əlaqəli qərarı “Resmi Gazete”də dərc olundu

Ali Seçki Komissiyasının prezident seçkisilə əlaqəli təsbitdə yer alan “13-cü” ifadəsinin ləğvinə dair qərar “Resmi Gazete”də dərc olundu.

1006679

Yüksək Seçki Komissiyasının 954 saylı (təkrar) qərarında prezident və 27-ci dövr millət vəkili seçkilərinin dəqiq nəticələrilə əlaqəli Komissiyanın dünən qəbul edilən 952 saylı qərarında Rəcəb Tayyib Ərdoğanın “13-cü Türkiyə prezidenti seçildiyinin təsbit edildiyi və adına Komissiya tərəfindən protokol hazırlanmasına qərar verildiyi” ifadə edildiyi xatırladılıb.

Ancaq Türkiyə Böyük Millət Məclisi tərəfindən əlaqəli yazı ilə “13 rəqəminin cümhurbaşqanlığı vəzifəsində işləyən şəxs sayının həsabından yaxud cümhurbaşqanı seçki sayı hesabından əldə edilə bilmədiyi, həmin səbəbdən 13 rəqəmilə əlaqəli tərəddüdlər olduğu”nun bildirilməsi nəticəsində 952 saylı qərarda yer tutan “13”-cü ifadəsinin ləğv olunduğu bildirilib.  

Әlaqәli Xәbәrlәr