Ötən il ən çox humanitar yardım edən ölkə Türkiyə olub

İnkişaf Təşəbbüsləri Təşkilatının "Humanitar Yardım 2018" hesabatına görə, Türkiyə keçən il  8,07 milyard dollar məbləğində yardımı ilə "ən çox humanitar yardım edən ölkə" statusunu qazanıb.

996537
Ötən il ən çox humanitar yardım edən ölkə Türkiyə olub

İngiltərənin dünyada hər il həyata keçirilən  humanitar yarımların xəritəsini tərtib edən İnkişaf Təşəbbüsləri Təşkilatının "Humanitar Yardım 2018" hesabatına görə, Türkiyə keçən il  8,07 milyard dollar məbləğində yardımı ilə "ən çox humanitar yardım edən ölkə" statusunu qazanıb.

Siyahıda Türkiyəni 6,68 milyard dollar ilə Amerika Birləşmiş Ştatları, 2,99 milyard dollar ilə Almaniya və 2,52 milyard dollar ilə İngiltərə itəqib edir. Avropa İttifaqının qurumları 2,24 milyard dollar ilə dördüncü yerdədirlər.
 
 Türkiyə humanitar yardımların milli gəlirə nisbəti əsasında hazırlanan siyahıda  da 0,85 % ilə birinci yerdədir. Türkiyədən sonra gələn Norveç və Lüksemburq üçün bu nisbət 17% -dir.
 
 Amerika Birləşmiş Ştatları 0,04 % ilə 19-cu yerdədir.
 
 Qeyd edək ki, Türkiyə 2013, 2014, 2015 Qlobal Humanitar Yardım Hesabatlarına görə də, üç il üst-üstə, ən çox humanitar yardım edən üçüncü, son iki ildə isə ikinci ölkə olmuşdu.



Әlaqәli Xәbәrlәr