"Erkən seçki qərarı müxalifət partiyaları ilə birlikdə qəbul edildi", İ.Kalın

Türkiyə Dövlət aparatının sözçüsü İbrahim Kalın xarici KİV-də yer tutan iqtisadi səbəblərlə erkən seçki qərarı qəbul edildiyinə dair iddiaların düzgün olmadığını, qərarı müxalifətlə birlikdə qəbul etdiklərini bildirdi.

996664

İbrahim Kalın “TRT World”-də müsahibəsində deyib ki, bəzi dairələr Türkiyənin iqtisadiyyatı ilə əlaqəli mənfi atmosfer yaratmaq cəhdindədir. Erkən seçki qərarı iqtisadi səbəblərə görə qəbul edilmədi. Bu qərar müxalifətlə birlikdə qəbul edildi. Rəqəmlər ortadadır. Keçən il Türkiyə 7,4 faiz inkişaf etdi. Bu ilin ilk rübündə hədəfə çatdıq. Bu da Türkiyə iqtisadiyyatının doğru yolda olduğunu göstərir. Ölkə iqtisadiyyatı ümumilikdə xarici mənbələri təsirilə arabir dalğalanır. Ancaq Türkiyə güclü iqtisadiyyatı ilə bundan daha az təsirləndi.

Erkən seçki qərarını müxalifətlə həmfikir şəkildə qəbul etdiklərini vurğulayan İbrahim Kalın bildirib ki, erkən seçkini gündəmə müxalifət partiyası gətirdi. Digər müxalifət partiyası da bu qərara dəstək verdi.  

Әlaqәli Xәbәrlәr