Kandili yerlə yeksan edəcəyik

Suriyanın şimal bölgələrini separatçı terror təşkilatı PKK / PYD-YPG-den təmizləyən Türk Silahlı Qüvvələri, İraqın Kandil bölgəsini də quldurlardan təmizləyəcək. Bunu Baş nazir Binali Yıldırım İzmir mitinqində deyib.

996041
Kandili yerlə yeksan edəcəyik

Fərat Qalxanı əməliyyatı ilə Suriyadakı terrorçuların məhv edildiyini ifadə edən Baş nazir Binali Yıldırım: “Afrin Əməliyyatı (Zeytin Budağı) ilə də ay-ulduzlu bayrağımızı orada ucaltdıq. İndi isə növbə Kandildədir. Quldurların kökünü kəsəcəyik. Bu bizim andımızdır”.

PKK / PYD-YPG-nin xarici güclər tərəfindən Türkiyənin əleyhinə istifadə edilən terror qruplaşması olduğunu ifadə edən Yıldırım, onların heç vaxt kürdləri müdafə etmədiyini, öz mənfəətləri uğrunda qan axıtdıqlarını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr