Türkiyənin Kırklareli şəhərində Avropaya getməyə hazırlaşan 44 miqrant yaxalandı

Türkiyənin Kırklareli şəhərində qeyri-qanuni yollardan ölkə xaricinə qaçmaq istəyən 44 miqrant yaxalanıb.

994208
Türkiyənin Kırklareli şəhərində Avropaya getməyə hazırlaşan 44 miqrant yaxalandı

Türkiyənin Kırklareli şəhərində qeyri-qanuni yollardan ölkə xaricinə qaçmaq istəyən 44 miqrant yaxalanıb.

Valiyət Jandarm Komandirliyi dəstələri Dəmirköy, Kofçaz və Babəski qəsəbələrində qanunsuz olaraq Avropaya getməyə hazırlaşan 4 ayrı qrup müəyyənləşdirib.

Əməliyyat nəticəsində İraq, Əfqanıstan, Pakistan və Suriya vətəndaşı olan 44 nəfər yaxalanıb.

Qaçaqlara təşkilatçılıq etdikləri iddiasında şübhəli bilinən 2 nəfər nəzarətə götürülüb.


Etiketlәr: #miqrant

Әlaqәli Xәbәrlәr