Çanaqqaladan Yunanıstanın Midilli adasına getməyə çalışan 45 xarici ölkə vətəndaşı yaxalandı

Çanaqqalanın Ayvacık qəsəbəsində qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan 45 xarici ölkə vətəndaşı yaxalandı.

994520

Müsəllim boğazında qanunsuz yollarla keçidlərin qarşısını almaq fəaliyyətləri çərçivəsində nəzarət işlərini davam etdirən sahil mühafizə dəstələri Ayvacık qəsəbəsinin Buruncu bölgəsindən bir qrupun rezin qayıqlarla yola düşdüyünü aşkarlayıb.

Bölgəyə cəlb olunan dəstələr aralarında qadın və uşaqların da olduğu Əfqanıstan, Suriya, Toqo Cümhuriyyəti, Nigeriya və Mali vətəndaşı 45 nəfəri yaxalayıb.

Ədirnə şəhərində də qanunsuz 379 miqrant yaxalanıb.

Vilayət Jandarm Komandirliyi dəstələrinin Bosnaköy, Eskikadın, İpsala, Uzunköprü, Havsa, Meriç qəsəbələrindəki yoxlamaları zamanı Suriya, İraq, Əfqanıstan, Fələstin, Liviya, Pakistan, Əlcəzair, İran və Banqladeş vətəndaşı olan 379 qanunsuz miqrant yaxalanıb. 

Әlaqәli Xәbәrlәr