ABŞ-da səsvermə prosesi başa çatdı

Türkiyədə 24 iyunda keçiriləcək prezident və 27-ci dövr parlament seçkiləri üçün ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başa çatdı.

993946
ABŞ-da səsvermə prosesi başa çatdı

Türkiyədə 24 iyunda keçiriləcək prezident və 27-ci dövr parlament seçkiləri üçün ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başa çatdı.
 
 ABŞ-da 9 iyundan etibarən başlayan səsvermə dünən  Nyu-york, Vaşinqton, Boston, Mayami, Hyüston, Çikaqo və Los Ancelesdəki seçki məntəqələrində yerli vaxtla saat 21:00-da başa çatdı.
 
İstifadə olunmuş seçki bülletenləri seçki məntəqələrində müşahidəçilərin nəzarəti altında möhürləndikdən sonra bu gün təyyarə ilə İstanbuldakı Xarici Ökələr Seçki Bölgəsi İdarəsinə göndəriləcək.
 
 Türkiyənin Nyu-York baş Konsulu Ertan Yalçın Anadolu Xəbər Agentliyinə verdiyi açıqlamada Nyu-Yorkda  40 min 18 seçicinin qeydiyyata alındığını və 9 gündə 12 min 845 seçicinin səs verdiyini bildirdi.
 
 AK Partiya Amerika Seçki Koordinasiya Mərkəzinin sədri Levent Əli Yıldız isə ABŞ-dakı bütün nümayəndəliklərdə 9-17 iyun tarixləri arasında keçirilən səsvermə prosesində heç bir mənfi halın qeyd olunmadığını diqqətə çatdırdı.
 
 Digər tərəfdən, Vaşinqton və ətrafında yaşayan Türkiyə vətəndaşları səsvermənin son günündə axşam saatlarına qədər Türkiyənin Vaşinqtondakı Səfirliyində qurulan seçki məntəqələrində səs verdilər.
 
 Vaşinqtonda istifadə edilən seçki bülletenləri də müşahidəçilərin nəzarəti altında möhürləndikdən sonra bu gün təyyarə ilə İstanbuldakı İstanbuldakı Xarici Ökələr Seçki Bölgəsi İdarəsinə göndəriləcək.



Әlaqәli Xәbәrlәr