Xarici ölkələrdə yaşayan Türk seçiciləri yüksək fəallıq nümayiş etdirirlər

Xarici ölkələrdə  Türkiyədə 24 iyunda keçiriləcək prezident və parlament seçkiləri üçün  səs verən Türkiyə vətəndaşlarının sayı  ilk 2 gündə  72 min 111 oldu.

989564
Xarici ölkələrdə yaşayan Türk seçiciləri yüksək fəallıq nümayiş etdirirlər

Xarici ölkələrdə  Türkiyədə 24 iyunda keçiriləcək prezident və parlament seçkiləri üçün  səs verən Türkiyə vətəndaşlarının sayı  ilk 2 gündə əhəmiyyətli rəqəmlərə çatdı.

 Almaniya, Avstriya və Fransadakı 22 konsulluqda 24 iyunda keçiriləcək prezident və 27-ci dövr parlament seçkiləri  üçün səslər verilməyə davam edir.
 
 Səsvermənin ikinci gunundə 32 min 521 seçici nümayəndəliklərdə, 7 min 366 seçici də gömrük məntəqələrində olmaqla, ümumilikdə 39 min 887 vətandaş səs verdi.
 
Səsvermənin ikinci günündə səs verənlərin sayında 23,78% artım oldu.
 
 Almaniyada səsvermə prosesinin birinci günündə 22 min 281, ikinci günündə 27 min 933 seçici səs verdi.
 
 Fransada ilk gün 5 min 106 nəfər, ikinci gün 6 min 406 nəfər seçki məntəqələrinə getdi.
 
 Avstriyada isə ilk gün min 841, ikinci gün 2 min 213 nəfər səs verdi.
 
 Səsvermə prosesinin iyunun 7-də başladığı üç ölkədə və  gömrük məntəqələrində ilk iki gündə səs verənlərin sayı 72 min 111 oldu.
 
 



Әlaqәli Xәbәrlәr