Tükiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı

Türkiyə Kərkükdəki bombalı hücumları şiddətlə qınadı.

989445
Tükiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı

Tükiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı.

Bəyanatda Kərkükdə mülki vətəndaşları hədəf alan, ən azı 1 nəfərin həlak oluğu və 14 nəfərin yaralandığı üç bombalı hücum şiddətlə qınanılır, həlak olan iraqlıya Allahdan rəhmət dilənir, yaralıların tezliklə sağalması arzu edilir.
 
 İraqda davamlı sabitliyin bərqərar olması üçün kilid əhəmiyyətə malik Kərkükdə öz çirkin gündəmləri istiqamətində fəaliyyət göstərən və şəhər xalqının dinc yaşamaq iradəsinə zərər vermək istəyən mərkəzlərin Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, hücumlarını hələ də davam etdirdikləri bildirilən bəyanatda bunlar qeyd edilir: "Bu mərkəzlərin əməllərinə yol verməmək üçün İraq orqanlarından Kərkük xalqının bütün təbəqələrinin təhlükəsizliyinin təmin olunması üçün lazım olan hər növ tədbiri görmələrini gözləyirik. Kərkükdə bir müddətdir ki, seçkilərin nəticələrinə etiraz olaraq dinc aksiyalar keçirən soydaşlarımızın qanuni tələblərinin ədalətli, şəffaf və operativ şəkildə qiymətləndirilməsinin əhəmiyyətini yenidən vurğulayırıq".



Әlaqәli Xәbәrlәr