İbrahim Kalın Avstriya hökumətinin ideoloji mövqeyini tənqid etdi

İbrahim Kalın Avstriyanın məscid bağlama qərarına qarşı sosial media hesabı “twitter”dən bəyanat verərək deyib...

988703
İbrahim Kalın Avstriya hökumətinin ideoloji mövqeyini tənqid etdi

Türkiyənin Dövlət Aparatı sözçüsü İbrahim Kalın Avstriya hökumətinin ideoloji mövqeyinin universal hüquq normalarına zidd olduğunu bildirdi.

  İbrahim Kalın Avstriyanın məscid bağlama qərarına qarşı sosial media hesabı “twitter”dən bəyanat verərək deyib: “Avstiryanın səbəbsiz yerə yeddi məscidi bağlaması və mollaları deportasiya etməsi bu ölkədəki İslam əleyhinə irqçi və ayrı-seçkilik populist dalğanın nəticələrindən biridir. Məqsəd müsəlman icmalarını uzaqlaşdıraraq siyasi nailiyyət əldə etməkdir. Avstriya hökumətinin ideoloji mövqeyi universal hüquq normaları, ictimai harmoniya siyasəti, azlıq haqqı və bir arada yaşama əxlaqına ziddir. İslam ziddiyyəti və irqçiliyin bu şəkildə normallaşdırılması və adiləşdirilməsinin qəti şəkildə əleyhinəyik.”



Әlaqәli Xәbәrlәr