Türkiyənin döyüş robotu UKAP istifadəyə hazırdır

"Katmerciler" firmasının istehsal etdiyi və Hərbi Elektron Sənayesinin (ASELSAN)  silah sistemi ilə təchiz edilən UKAP testlərdən uğurla çıxdı.

985611
Türkiyənin döyüş robotu UKAP istifadəyə hazırdır

 Türk müdafiə sənayesi firmaları Müdafiə Sənayesi Müstəşarlığının koordinasiyasında təhlükəsizlik qüvvələrinin istifadəsinə yeni məhsullar təqdim edir, eyni zamanda, məhsulların qabiliyyətlərini artırmağa, gücünə güc qatmağa da davam edirlər.
 
 "Katmerciler" firmasının istehsal etdiyi və Hərbi Elektron Sənayesinin (ASELSAN)  silah sistemi ilə təchiz edilən UKAP testlərdən uğurla çıxdı.
 
 Uzaqdan nəzarət funksiyasına malik olan UKAP-dan gərgin qarşıdurmalarda istifadə ediləcək.
 
 UKAP xüsusi keyfiyyətləri ilə məntəqələrdə, şəhər içində, və ya başqa yerlərdə aparılan hərbi əməliyyatlarda  təhlükəsizliyin maksimum səviyyədə qorunmasına kömək edəcək.
 
  "Katmerciler" firması UKAP-ın beynəlxalq bazarlarda təqdimi və bu sahədə əməkdaşlıqlar istiqamətində də işlər aparır.
 
 Fransanın paytaxtı Parisdə 11-15 iyun tarixlərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində (Eurosatory) iştirak edəcək  "Katmerciler" UKAP-ı nümayiş etdirəcək.



Әlaqәli Xәbәrlәr