"Türkiyə hər an Kandilə girə, hər an hər şey ola bilər", B.Bozdağ

B.Bozdağ parlamentli sistemin son Nazirlər Kabineti toplantısından sonra açıqlamalar verdi...

985744
"Türkiyə hər an Kandilə girə, hər an hər şey ola bilər", B.Bozdağ

  Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ 24 İyun seçkisi əvvəli parlamentli sistemin 65-ci - axırıncı Nazirlər Kabineti toplantısından sonra açıqlamalar verib. O deyib: “Bu günə qədər seçki prosesi böyük demokratik abu-havada keçir. Hər hansı mənfi hala rast gəlinməyib… 11-12-13 iyun tarixlərində də SSK və Bağkur təqaüdçüləri əmək haqlarını alacaq. Ramazan Bayramı münasibətilə inzibati istirahət olmayacaq.”

  Türkiyə Silahlı Qüvvələri tərəfindən ehtimal olunan hərbi əməliyyatla bağlı isə baş nazirin müavini: “Türkiyə Kandilə girə, hər an hər şey ola bilər”, - deyib. O həmçinin: “Harada terrorçu varsa, harada Türkiyəyə yönəlmiş təhdid varsa, ora Türkiyə üçün hədəfdir, həm terrorçular, həm də oradakı terrorizm mənbələrinin hamısı”, - deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr