Rәcәb Tayyib Әrdoğan: ‘‘16 il әrzindә Türkiyә iqtisadiyyatı 3.5 % böyüdü’’

Bu barәdә Dövlәt başçısı Malatyada keçirilәn iftar proqramındakı çıxışında deyib.

983371
Rәcәb Tayyib Әrdoğan: ‘‘16 il әrzindә Türkiyә iqtisadiyyatı 3.5 % böyüdü’’

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Suriyanın Afrin bölgәsindә keçirilәn  ‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә 4 min 500 terrorçunun zәrәrsizlәşdirildiyini deyib.

Bu barәdә Dövlәt başçısı Malatyada keçirilәn iftar proqramındakı çıxışında deyib.

‘‘Afrindә 4 min 500 terrorçunu zәrәrsizlәşdirdik. Әmәliyyat zamanı dinc әhalinin zәrәr görmәsinә icazә vermәdik’’,-deyә Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Çıxışı zamanı ‘‘Fәrat Qalxanı’’ әmәliyyatına da toxunan Dövlәt başçısı  bildirib ki,  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı zamanı xüsusilә Cәrablusda atdığımız addımlar ortadadır. Әmәliyyat çәrçivәsindә terror tәşkilatı DEAŞ-ın 3000 min üzvünü zәrәrsizlәşdirdik.

 ‘‘Müdafiә sәnayesindә istehsal 65% nisbәtindә artıb. Öz tәhlükәsizlik qüvvәlәrimizlә yanaşı dünyanın müxtәlif ölkәlәrindә artıq  bizim istehsal etdiyimiz silahlar, hәrbi vasitәlәr, kiçik artilleriya gəmiləri istifadә olunur. Artıq silahlı vә silahsız pilotsuz uçuş aparatlarını da istehsal edirik. 16 il әrzindә Türkiyә iqtisadiyyatı 3.5 % böyüdü. Milli gәlir 11 min dollara yüksәldi. Artıq Türkiyә Beynәlxalq Valyuta Fondundan (BVF) borc pul alan ölkә deyil’’ ,- deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr