Türkiyәdә Milli Tәhlükәsizlik Şurasının iclası oldu

Milli Tәhlükәsizlik Şurasının iclası Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi.

982592
Türkiyәdә Milli Tәhlükәsizlik Şurasının iclası oldu

Milli Tәhlükәsizlik Şurasının iclası Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi.

Dövlәt İqamәtgahında keçirilәn Milli Tәhlikәsizlik Şurasının iclasından sonra bildiriş yayımlandı.

Bildirişdә MTŞ-nın iclasında  ölkәnin tәhlükәsizliyini yaxından maraqlandıran daxili vә xarici mәsәlәlәr ilә  birlik vә bәrabәrliyi pozmağa yönәlmiş cәhdlәrә qarşı görülәn tәdbirlәrin müzakirә olunduğu bildirildi.

Bu çәrçivәdә ölkә daxilindә vә xaricindә FETÖ/PDY, PKK/PYD-YPG vә DEAŞ başda olmaqla bütün terror tәşkilatlarına qarşı uğurla aparılan әmәliyyatların qәtiyyәtlә davam etdirilәcәyi vurğulandı.

Bildirişdә hәmçinin terror tәşkilatlarına açıq vә ya gizli şәkildә dәstәk verәn, terrorçuları qorumağa çalışan ölkәlәrin beynәlxalq hüquq normalarına uyğun hәrәkәt etmәlәrinin vacibliyi qeyd olundu.

Qәbul olunan sәnәddә Türkiyәnin hәr zaman Fәlәstinә sahib çıxmaya davam edәcәyi, bu dәstәyin qarşıdakı dövrdә dә Birlәşmiş Millәtlәr Tәşkilatı vә İslam Әmәkdaşlıq Tәşkilatı başda olmaqla bütün beynәlxalq platformalarda davam etdirilәcәyi bildirildi.



Әlaqәli Xәbәrlәr