Rəcəb Tayyib Ərdoğan: "Gəlin Türkiyəni 2023-cü il hədəflərinə birlikdə çatdıraq"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının toplantısından sonra dövlət adamlarını iftar yeməyinə dəvət etdi.

982591
Rəcəb Tayyib Ərdoğan: "Gəlin Türkiyəni 2023-cü il hədəflərinə birlikdə çatdıraq"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının toplantısından sonra dövlət adamlarını iftar yeməyinə dəvət etdi.
İftar yeməyində çıxış edən Ərdoğan Türkiyənin yeni seçkilərlə yeni  idarəetmə sisteminə keçməyin ərəfəsində olduğunu bildirdi, qarşıdakı dövrdə ölkəni hər sahədə daha da irəli aparmağı qarşılarına məqsəd qoyduqlarını vurğuladı.
 Ərdoğan prezidentlik sisteminin  Türkiyənin məqsədlərinə çatması məsələsində böyük bir imkan olduğunu bildirdi.
Dövlət başçısı: "Gəlin bu imkanı birlikdə dəyərləndirək . Gəlin Türkiyəni 2023-cü il hədəflərinə birlikdə çatdıraq, gəlin  2053 və 2071-ci il məqsədlərinin həyata keçiriliməsi üçün  zəmini  birlikdə hazırlayaq" dedi.
 Ərdoğan bu gün Türkiyənin gələcəyinə dünən olduğundan daha inamla baxdığını, terroru ölkənin gündəmindən tamamilə çıxarana qədər mübarizələrini davam etdirəcəklərini qeyd etdi.
 İqtisadiyyatın da əhəmiyyət və üstünlük verdikləri sahələrdən biri olduğunu diqqətə çatdıran dövlət başçısı sözlərini belə davam etdirdi: " Türkiyəni 3,5 dəfə böyüdərək, inkişaf məsələsindəki qətiyyətimizi göstərmişdik. Böyük İyirmilərdə 17-ci ölkə olmaq təsadüfi bir hadisə deyildi. İndi isə  hədəfimiz  ilk onluğa daxil olmaqdır".



Әlaqәli Xәbәrlәr