Ərdoğan İstanbulda bərpa edilən Fatih Sultan Mehmet türbəsinin açılışını etdi

Burada etdiyi çıxışında Ərdoğan türbənin hər kəsə xeyirli olmasını arzulayıb, əməyi keçənlərə təşəkkürünü bildirib, dualar söyləyib.

982505
Ərdoğan İstanbulda bərpa edilən Fatih Sultan Mehmet türbəsinin açılışını etdi

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda bərpa edilən Fatih Sultan Mehmet türbəsinin açılışını etdi.

  R.T.Ərdoğanla yanaşı açılışda Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş, İstanbul rayon valisi Vasip Şahin, rayon müftisi Həsən Kamil Yılmaz, Rayon Mədəniyyət və Turizm müdiri Coşkun Yılmaz, Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) İstanbul üzrə rəhbəri Bayram Şenocak və başqa rəsmilər də iştirak edib.

  Burada etdiyi çıxışında Ərdoğan türbənin hər kəsə xeyirli olmasını arzulayıb, əməyi keçənlərə təşəkkürünü bildirib, dualar söyləyib.

  Türkiyə başçısı və onu müşayət edənlər bərpası tamamlanan Fateh Sultan Mehmet türbəsinin açılış lentini birlikdə kəsib.

  Xatırladaq ki, Osmanlı imperatorluğunun yeddinci padşahı, Avropada “Grand Turco” (böyük türk), “Turcarum İmperator” (türk imperatoru) adlanan Fatih Sultan Mehmet vəfatına qədər 32 il hökm sürüb. O, hələ 21 yaşında ikən – 1453-cü ildə İstanbulu fəth edərək min illik Bizans İmparatorluğuna son qoymuş, orta əsrin bitməsi və yeni dövrün başlanmasına səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr