TDV Şri Lankada 5 min ədəd Quran paylayıb

Türkiyə Diyanət Vəqfi (TDV), "Hədiyəm Quran Olsun" layihəsi çərçivəsində Şri Lankada yaşayan müsəlmanlara meali Tamil dilində çap edilən 5 min ədəd Quran-ı Kərim paylayıb.

978997
TDV Şri Lankada 5 min ədəd Quran paylayıb

Həmin münasibət ilə TDV-i tərəfindən Kinniyah, Kandy, Trinkomali və Batikalan bölgələrindəki bəzi təhsil müəssisələri və məscidlərdə mərasim təşkil edilib.

TDV-nin Şri-Lanka üzrə məsul işçisi Mikayıl Çolak verdiyi açıqlamada: "Buradakı Müsəlmanlar millətimizə müdhiş təvəccöh göstərir. Türkiyəni və millətimizi çox sevirlər. Bizləri burada gördükləri üçün çox xoşbəxt oldular"-deyə vurğulayıb.

"Hədiyəm Quran Olsun" layihəsi çərçivəsində yerli dillər daxil olmaqla bir çox fərqli dildə meal hazırlayaraq müsəlmanlara ərməğan edəcəklərini ifadə edən Çolak, bu sahədə özlərinə dəstəklərini əsirgəməyənlərə də minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr