Yusif ibn Әhmәd әl-Useymin: ''Fәlәstin xalqını dәstәklәmәk vә qorumaq  bizim vәzifәmizdir''

İslam Әmәkdaşlıq Tәşkilatının Baş katibi Yusif ibn Әhmәd әl-Useymin  İsrail qüvvәlәrinin  Fәlәstindә törәtdiyi qәtliamın qәbuledilmәz olduğunu deyib.

973977

Useymin İstanbulda keçirilәn İslam Әmәkdaşlıq Tәşkilatının fövqәladә iclasından әvvәl keçirilәn Xarici İşlәr Nazirlәri Şurasının hazırlıq toplantısında çıxış edib.

Useymin İsrail qüvvәlәrinin Fәlәstindә törәdtiyi qәtliamın qәbuledilmәz olduğunu ifadә edәrәk: ‘‘İnsan hüquqları mәhkәmәlәri bir araşdırma şurası yaratmalıdır. Bu cinayәti törәdәnlәr mәhkәmә qarşısına çıxarılmalıdır’’ deyib.

İsrail qüvvәlәrinin Amerika Birlәşmiş Ştatlarının İsraildәki sәfirliyini Qüdsә köçürmәsinә öz etirazlarını bildirәn fәlәstinlilәrә qarşı törәtdiklәrinә diqqәt çәkәn Useymin deyib: ‘‘ Qüdsün nә dәrәcә әhәmiyyәtli torpaq olduğunu  bir daha tәkrar etmәk istәyirәm. İsrail bu vәziyyәti istifadә edәrәk bölgәdә gәrginliyi artırmağa başlayıb. Fәlәstin xalqını dәstәklәmәk vә qorumaq  bizim vәzifәmizdir. İsrail hazırda qәtliam törәdir’’.

Әlaqәli Xәbәrlәr