Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Fələstinlə bağlı telefon diplomatiyası davam edir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın səfirliyini Qüdsə köçürməsi və Qəzza sərhədindəki hadisələrlə əlaqəli həmkarları ilə keçirdiyi telefon diplomatiyasını davam etdirir.

973522

Nazir son olaraq Qabonun Xarici İşlər naziri Noel Nelson Messone, Toqonun Xarici İşlər naziri Robert Dussey və Boliviyanın Xarici İşlər naziri Fernando Huanacuni ilə telefonla danışıb.

Çavuşoğlunun ötən gün həmçinin Bəhreyn, Nigeriya, İsveç, Cənubi Afrika və Uqanda xarici işlər nazirlərilə də telefon danışıqları olmuşdu.

Fələstin məsələsinə dəstək təmin etmək məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymilə yanaşı təşkilata üzv ölkələrin xarici işlər nazirləri və bəzi avropalı həmkarları ilə telefon diplomatiyasını davam etdirən  nazir Çavuşoğlu həmin çərçivədə indiyədək 37-dən çox həmkarı ilə telefon danışığı reallaşdırıb.

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə etirazlarını bildirən fələstinlilərə qarşı İsrail əsgərlərinin hücumları nəticəsində 62 nəfərin həyatını itirməsi və 3 minə yaxın adamın yaralanması qarşısında Türkiyə həm İsrailə sərt reaksiya göstərdi həm də Fələstinə dəstək məqsədli fəaliyyətlərinə sürət qazandırdı.

Türkiyə “İslam Əməkdaşlıq Təşkilatının növbəti sədri” sifətilə təcili toplantıya çağırdı. İƏT İslam Zirvəsi Konfransının növbədən kənar yığıncağının bugün keçiriləcəyi bildirildi.

Әlaqәli Xәbәrlәr