"Qüds məsələsində İslam dünyası və bütün dünya uğursuz oldu", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında keçirilən mitinqdə çıxış etdi.

974261
"Qüds məsələsində İslam dünyası və bütün dünya uğursuz oldu", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında keçirilən mitinqdə çıxış etdi.

Qüds məsələsində İslam dünyası və bütün dünyanın uğursuz olduğunu bildirən Ərdoğan “İsrail 1947-ci ildən bəridir istədiyini edir. Radikal sionistlər Qüdsdə müqəddəs məkanları çirkləndirirlər. Amma biz müsəlmanlar qınamaqdan başqa bir şey etmirik”dedi.

"İlk qibləmizi qoruya bilməsək son qibləmizin gələcəyinə etimadla baxa bilmərik. Açıq demək lazımdırsa İslam dünyası Qüds məsələsində uğursuz oldu. Sadəcə İslam aləmi deyil bütün insanlıq da bunda uğursuz oldu"-deyə Ərdoğan vurğuladı. 

1967-ci ildə Qüdsün işğalı qarşısında səsini çıxarmayan BMT-nin İsrailin haqsız, hüquqsuz və əxlaqsız hərəkətlərinə sadəcə tamaşa edərək bu zülmə vasitəli şəkildə şərik olduğunu vurğulayan Ərdoğan "Nə üçün "Dünya beşdən böyükdür" deyirəm anlaya bilirsinizmi? Əks təqdirdə Amerikanın iki dodağının arasında məhkum olan dünyada zülmdən başqa heç nə görə bilməzsiniz" dedi. 

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsilə Qüdsün məhrəmliyinə bir daha zərbə vurulduğunu ifadə edən Ərdoğan dedi ki, Əl-Əqsa məscidi gedərək artan şəkildə radikal sionistlərin çəkmələri altında çirkləndirilir. Əl-Xəlil məscidi hələ də işğal altındadır və biz Müsəlmanlar qınamaqdan başqa heç nə etmirik, edə bilmirik. 

Ədoğan Türkiyənin həm diplomatik kanalları işə daxil edərək, həm də atdığı konkret addımlarla Qüds və Fələstin məsələsi mövzusunda mövqeyini hər zaman ortaya qoymuş bir ölkə olduğunu bildirdi. 



Әlaqәli Xәbәrlәr