İslam ölkələri Qüdsün tarixi statusunun dəyişməsinə icazə verməyəcəyini hayqıracaq

ABŞ-ın 14 mayda Qüdsdə səfirlik açmasına sülhməqsədli reaksiya göstərən fələstinlilərə qarşı İsrailin həyata keçirdiyi qətliam hiddətə səbəb oldu.

973968
İslam ölkələri Qüdsün tarixi statusunun dəyişməsinə icazə verməyəcəyini hayqıracaq

ABŞ-ın 14 mayda Qüdsdə səfirlik açmasına sülhməqsədli reaksiya göstərən fələstinlilərə qarşı İsrailin həyata keçirdiyi qətliam hiddətə səbəb oldu.  

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fələstindəki son vəziyyətdən sonrakı çağırışı qarşısında İstanbulda təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısı öz işinə başladı.

Toplantını açıq elan edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib: “ Fələstin məsələsinin həlli üçün əlimizdən gələn cəhdi göstərməli, birlik olmalı və başqa ölkələrin ABŞ-ı nümunə götürməsinə mae olmalıyıq. ABŞ-ın atdığı bu addım Orta Şərq sülh prosesini təxrib etdi. ABŞ rəhbərliyi səfirliyini Qüdsə köçürərək ciddi təxribatçılıq törətmişdir. İsrailin işğal və zorakılıq siyasətlərinə son qoymağının vaxtı gəlib çatmışdır.  Hesab vermələrinə imkan yaratmalıyıq. Başda BMT olmaqla beynəlxalq təşkilatlar bununla bağlı vacib addımları atmalıdır. Fələstinli qardaşlarımıza maliyyə sahəsində də dəstək verməliyik.”

“Son söz kimi Fələstindəki qətlaimları lənətləyirəm və fələstinli qardaşlarımıza qətiyyətli dəstəyimizi dilə gətirirəm. Qüdsün tarixi statusunun dəyişməsinə icazə verməyəcəyimizi birliktə hayqıracağıq”-deyə Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr