Ədoğan: "İsrailin Qəzzada etdikləri quldurluq, vəhşət və dövlət terrorudur"

Ərdoğan Qüdsün əlində on minlərlə günahsız fələstinlinin qanı olan bir dövlət terrorunun insafına buraxıla bilməyəcək qədər müqəddəs və mübarək olduğunu ifadə edib.

974276
Ədoğan: "İsrailin Qəzzada etdikləri quldurluq, vəhşət və dövlət terrorudur"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında etdiyi çıxışda “Qüdsün bütün müsəlmanların mübarizəsi olduğunu” xatırladaraq, müsəlmanların o mübarizədə bir addım da geri addım atmayacaqlarını vurğulayıb.

Ərdoğan 18 may tarixinin “Bəşəriyyət tarixinin şərəfinin xilas edildiyi gün” kimi tarixə keçəcəyini sözlərinə əlavə edərək, bu tarixin xristianlar və yəhudilər üçün də  önəmli olduğunu deyib.

Ərdoğan Qüdsün əlində on minlərlə günahsız fələstinlinin qanı olan bir dövlət terrorunun insafına buraxıla bilməyəcək qədər müqəddəs və mübarək olduğunu ifadə edib.

Səfirliyini Qüdsə köçürərək  İsrailin qətliamlarına zəmin hazırlayan  ABŞ-ın əlində günahsız fələstinlilərin qanının olduğunu dilə gətirən Ərdoğan İsrailin qətlə yetirdiyi günahsızların hesabını beynəlxalq məhkəmələrdə mütləq verməsinin vacibliyini vurğulayıb. 

Dövlət başçısı R.T. Ərdoğan Fələstin məsələsini yenidən BMT Baş Assambleyasında qaldıracaqlarını və bu dəfə daha təsirli nəticə əldə edəcəklərini bildirərək, buna paralel  olaraq Ramazan ayında Fələstin xalqı üçün dünya miqyasında yardım toplayacaqlarını deyib.



Әlaqәli Xәbәrlәr